Qapıçı Mark-Andre ter Ştegenin gələcəyi ilə bağlı mövqeyi dəyişməyib. İspaniyanın «Sport» portalının məlumatına görə, bir neçə Premyer Liqa klubundan təklif alan almaniyalı qapıçı bir daha «Barselona»nı tərk etmək niyyətində olmadığını açıqlayıb.
Qeyd edək ki, o, iyulun sonunda belindəki problemə görə əməliyyat olunduqdan sonra bu mövsüm oynamayıb.