Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, iki gün davam edən yarışda paytaxtın 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayıb.
İki gün davam edən yarışda Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ 4 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub. Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ 3 qızıl, 1 gümüş, 2 bürünc medalla ikinci, Respublika Kompleks İdman Məktəbi isə 2 qızıl, 1 gümüş və 4 bürünc medalla üçüncü yeri tutub.
Cüdo üzrə Bakı birinciliyi yekunlaşdı
