İspaniya millisinin keçmiş baş məşqçisi Xoakin Kaparros Lamin Yamal haqqında danışıb.
Olimpnews.az xəbər verir ki, Kaparrosun fikrincə, 18 yaşlı “Barselona” cinah oyunçusunun ətrafı ona mənfi təsir göstərir. "Yamal inanılmaz dərəcədə istedadlıdır, lakin onun ətrafı narahatdır. Əsl ulduzlar bir mövsümü parlaq olanlar deyil, 15-20 il zirvədə qalanlardır. Yamal ətrafına və hərəkətlərinə diqqətli olmalıdır", - deyə Kaparros bildirib.
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın heyətində 111 matçda 27 qol və 38 məhsuldar ötürmə müəllifidir.