Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2025-2026-cı illər mövsümünə start verilib.
Olimpnews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən ilk turun açılış oyununda “Neftçi” və "Ordu" komadaları üz-üzə gəlib. Oyun ağ-qaraların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, kişilərin Azərbaycan çempionatında 6 komanda (“Azərreyl" , “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, "Ordu" və “Gənclər”) iştirak edir.