Bu gün kişi voleybolçular arasında start götürən Yüksək Liqanın yeni mövsümünün ilk turu çərçivəsində daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən günün ikinci oyununda “Murov Az Terminal” komandası “Azərreyl"i qəbul edib. Oyun birincilərin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, günün ilk oyununda "Neftçi" komandası "Ordu"nu 3:0 hesabı ilə məğlub edib.