Bundesliqada yeni rekord qeydə alınıb

Bundesliqada yeni rekord qeydə alınıb

Manuel Noyer "Bavariya"nın qapıçısı kimi Bundesliqada ən çox qələbə qazanan futbolçu rekordunu yeniləyib.

Olimpnews.az xəbər verir ki, bu nəticə Dortmund "Borussiya"sı ilə görüşdə qeydə alınıb -2:1. 

2011-ci ildə "Şalke"dən "Bavariya"ya keçən Noyer 363-cü Bundesliqa qələbəsini qazanıb.

Qeyd edək ki, o karyerası ərzində 530 Bundesliqa matçında iştirak edib, 446 qol buraxıb və 242 oyunda qapını toxunulmaz saxlayıb.