"Mançester Yunayted"dən gedənlər başqa klubda lider olurlar

"Mançester Yunayted"dən gedənlər başqa klubda lider olurlar

"Marsel"in hücumçusu Meyson Qrinvud Liqa 1-də "Havr"la matçda 4 qol vurub.

Olimpnews.az xəbər verir ki, ingilis futbolçu 35, 67, 72 və 76-cı dəqiqələrdə fərqlənib. "Opta" statistika portalının məlumatına görə, Qrinvud 1991-ci ildən məşhur Jan-Pier Papinin bu uğura imza atmasından sonra Fransanın yüksək liqasında dörd qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, Qrinvud 2024-cü ildə "Mançester Yunayted"dən Liqa 1 təmsilçisinə keçib.