"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanı Premyer Liqasının 5-ci turunda "Əl-Fateh" (5:1) görüşdə het-trik edib.
Olimpnews.az xəbər verir ki, 25 yaşlı futbolçu matçın 13, 68 və 79-cu dəqiqələrində fərqlənib. Meydan sahiblərinin heyətində Kristianu Ronaldo və Kinqsli Koman da hərəyə bir qol vurub.
Qeyd edək ki, Feliksin cari Səudiyyə Ərəbistanı liqasında səkkiz qolu var. O, komanda yoldaşı və həmyerlisi Ronaldonu (beş) qabaqlayır. Coşua Kinq, İvan Toni və Markos Leonardo hərəyə dörd qol vurublar.