Polşalı hücumçu Robert Levandovski gələn yay "Barselona"dana ayrıla bilər.
Olimpnews.az Türkiyənin “Fanatik” nəşrinə istinadən xəbər verir ki, kataloniyalılarla hazırkı müqaviləsi mövsümün sonuna qədər olan futbolçu yayda azad agent statusu alacaq. Türkiyənin “Fənərbağça” klubu Levandovskinin transferində israrlıdır.