"Son 20 ildə harada olmusan?"

"Son 20 ildə harada olmusan?"

UFC prezidenti Dana Uayt Saul Alvares və Terens Krouford arasında döyüşün təşkili ilə bağlı promouter Eddi Hearna cavab verib. "O sanki özünü karyerasını başa vurmuş siyasətçi kimi aparır. Son 20 ildə harada olmusan? Sən bu idman növünü inkişaf etdirmək üçün heç nə etməmisən. Mənə mane olma, sən ancaq boş bir cəfəngiyyat söyləyə bilərsən", - deyə UFC prezidenti qurumun rəsmi YouTube kanalında vurğulayıb.