Futbol üzrə Misli Premyer Liqasında VIII turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyunu "Palms Sports Arena"da "Neftçi" və "Araz-Naxçıvan" komandaları arasında olub. Maraqlı mübarizı şəraitində keçən oyunda qalib müəyyənləşməyib -2:2.
Matçda hesab 19-cu dəqiqədə açılıb. Bassala Sambu "Neftçi"ni hesabda önə keçirib. Lakin ilk hissənin 36-cı dəqiqəsində Simakala Ba-Muka hesabı bərabərləşdirib. Almaniyalı futbolçu matçın 47-ci dəqiqəsində növbəti dəfə "ağ-qaralar"ın qapısına yol taparaq komandasını hesabda önə çıxarıb. "Neftçi"nin bərabərlik qolunu isə 55-ci dəqiqədə Emin Mahmudov 55 vurub.