"Forbes" nəşri 2025-ci ilin ən çox qazanan 10 futbolçusunun adını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, siyahının birinci pilləsində Kriştianu Ronaldo yer alıb. Portuqaliyalı futbolçunun gəliri 280 milyon dollar təşkil edir. Argentinalı futbolçu Lionel Messi 130 milyon dollar gəlirlə ikinci, fransalı Kərim Benzema isə 104 milyon dollarla üçüncüdür.
Siyahını təqdim edirik:
1. Kriştianu Ronaldo – 280 milyon dollar
2. Lionel Messi – 130 milyon dollar
3. Kərim Benzema – 104 milyon dollar
4. Kilian Mbappe – 95 milyon dollar
5. Erlinq Haland – 80 milyon dollar
6. Vinüsus Junior – 60 milyon dollar
7. Məhəməd Salah – 55 milyon dollar
8. Sadio Mane – 54 milyon dollar
9. Cud Bellingem – 44 milyon dollar
10. Lamin Yamal – 43 milyon dollar
Ronaldo ən çox gəlir əldə edən futbolçudur
jpeg-1760897110.jpeg)