"Liverpul"un uğursuzluq seriyası davam edir

"Liverpul"un uğursuzluq seriyası davam edir

"Mançester Yunayted" klubu 9 illik fasilədən sonra "Liverpul" klubunu "Enfild" stadionunda məğlub edib. 
Olimpnews.az xəbər verir ki, "Qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının VIII turu çərçivəsində buna naiil olub. Ruben Amorimin komandası "mersisaydlılar" üzərində 2:1 hesablı qələbə qazanıb. Matçda hesabı 2-ci dəqiqədə "Liverpul"ün futbolçusu Bryan Mbeumo açıb. Qarşılaşmanın 78-ci dəqiqəsində Kodi Qakpo hesabı bərabərləşdirib. 6 dəqiqə sonra isə Harri Maquiri "Mançester Yunayted"in qələbə qolunu vurub. Beləliklə, " "Liverpul" klubu bütün turnirlər daxil olmaqla ardıcıl dördüncü oyundur ki, məğlubiyyətlə üzləşir.