Almaniyanın "Leipziq" klubunun yarımmüdafiəçisi Kristof Baumqartner Uqandadakı xeyriyyə fəaliyyətlərinə görə "Fair Play" diplomu ilə təltif olunub.
Olimpnews.az xəbər verir ki, futbolçu Kakule bölgəsində gənc qadınlar üçün peşə mərkəzi yaradıb.
Onun gördüyü xeyriyyə işlərinə "Baumi Junior School"adlı məktəb də daxildir. O, bu məktəbi açaraq burada 4-9 yaş arası 80 uşağın təhsil almasına şərait yaradıb.
Bundan başqa o, 12 su quyusunun bərpası üçün layihə başladıb və 35 min nəfərin təmiz içməli su ilə təmin edilməsinə şərait yaradıb.
"Leipziq"in futbolçusu "Fair Play" mükafatı ilə təltif edilib
