La Liqa: "Rayo Valyekano"dan inamlı qələbə

La Liqa: "Rayo Valyekano"dan inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında IX turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, "Levante" klubu doğma meydanda "Rayo Valyekano"nu qəbul edib. Oyun qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qollarını Xorxe de Frutos (12, 25) və Alvaro Qarsiya (65) vurub. Xallarının sayını 11-ə çatdıran "Rayo Valyekano" 10-cu pillədə qərarlaşıb. "Levante" isə 8 xalla 14-cüdür.