Qadın voleybolçular arasında Yüksək Liqada II turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün "Murov Az Terminal" komandası "Gəncə" klubu ilə qarşılaşacaq. "Murov Az Terminal" klubunun idman zalında keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
Qeyd edək ki, ötən gün start götürən ikinci turun ilk oyununda "DH Volley" klubu "Azərreyl"i 3:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 23-də "Turan" - "Gənclər" oyunu ilə yekun vurulacaq.
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada ikinci turun oyunlarına da start veriləcək. Günün ilk qarşılaşmasında "Ordu" klubu "Xilasedici"ni qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək oyunun start fiti saat 16:00-da səsləəcək.
Kişilər arasında Yüksək Liqada II tura oktyabrın 24-də "Neftçi" - "Murov Az Terminal" oyunu ilə yekun vurulacaq.