Almaniyanın "Bayern Münhen" klubu baş məşqçi Vinsent Kompani ilə müqavilənin müddətini uzadıb.
Olimpnews.az Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssislə 4 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, 2024-cü ildən "Bayern Münhen"in baş məşqçisi təyin edilən 39 yaşlı mütəxəssis həmin il Bundesliqa çempionluğunu qazanıb.
"Bayern Münhen" Kompani ilə yeni müqavilə imzalayıb
