"Notingem Forest" yeni baş məşqçi ilə müqavilə imzaladı 

"Notingem Forest" yeni baş məşqçi ilə müqavilə imzaladı 

İngiltərənin "Nottingem Forest" klubu yeni baş məşqçi ilə müqavilə imzalayıb.  
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta ingiltərəli mütəxəssis Şon Dayç gətirilib. 2027-ci ilin yayına kimi klubla müqavilə imzalayan ingiltərəli mütəxəssis bu mövsüm "Nottingem Forest"in üçüncü baş məşqçisi olub. 
54 yaşlı məşqçi bu vəzifədə Angelos Postekoğlunu əvəzləyib. 
Qeyd edək ki, Şon Dayç daha əvvəl "Uotford" (2011-2012), "Bernli" (2012-2022) və "Everton" (2023-2025) klublarında baş məşqçi kimi çalışıb.