Məğlubedilməz döyüşçünün rəqibi müəyyənləşib

Məğlubedilməz döyüşçünün rəqibi müəyyənləşib

Yüngül çəkidə UFC çempionu İliya Topuriyanın növbəti rəqibinin adı açıqlanıb.

Olimpnews.az xəbər verir ki, gürcü əsilli ispaniyalı döyüşçü divizionda altıncı yeri tutan britaniyalı Peddi Pimblettlə qarşılaşacaq. Jurnalist Alvaro Kolmenero sosial şəbəkədə yaydığı xəbərə görə, döyüş gələn ilin yanvarında UFC 324 çərçivəsində təşkil olunacaq.
Məlumat üçün bildirək ki, Topuriya bu vaxata qədər 17 döyüşdə 17 qələbə qazanıb. Pimblettin keçirdiyi 26 döyüşdə 23 qələbəsi və 3 məğlubiyyəti var.