86 illik tarixində ən böyük nailiyyət 

86 illik tarixində ən böyük nailiyyət 

Futbol üzrə İsveç çempionatının qalibi müəyyənləşib. 

Olimpnews.az xəbər verir ki, "Mölbi" klubu tarixində ilk dəfə olaraq İsveç çempionu adını qazanıb. 27-ci turda "Göteborq" klubuna səfərdə 0-2 hesabı ilə qalib gələn "Mölbi" çempionatın başa çatmasına üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Aktivində 66 xalı olan "Mölbi" ən yaxın izləyicisi "Hammbari" komandasını 11 xal qabaqlayıb. Bu titul Hallevik adlı təxminən 1000 nəfərin yaşadığı kiçik bir qəsəbə klubunun 86 illik tarixindəki ən böyük nailiyyətidir.

Tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edəcək "Mölbi" 2026-2027-ci illər mövsümündə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.