"Mançester Yunayted" qələbə qazanan kimi, fikrini dəyişir

"Mançester Yunayted" qələbə qazanan kimi, fikrini dəyişir

"Mançester Yunayted" braziliyalı yarımmüdafiəçi Kasemironu heyətində saxlamağa hazırdır. Olimpnews.az "Football Insider"ə istinadən xəbər verir ki, Kazemiro hazırda həftədə təxminən 345 min funt sterlinq (təxminən 400 min avro) qazanır. 33 yaşlı futbolçu komandanın ən çox maaş alan futbolçularından biridir. 
Qeyd edək ki, Kazemiro “Mançester Yunayted”in heyətində 132 rəsmi oyuna çıxıb, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. Kazemironun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.