Qadın voleybolçular arasında Yüksək Liqada ikinci turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun ikinci oyununda “Murov Az Terminal” komandası “Gəncə” ilə üz-üzə gəlib. "Murov Az Terminal” voleybol klubunun idman zalında keçirilən oyun "Gəncə" komandasının 0:3 (18:25, 23:25, 21:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun ilk oyununda "DH Volley" klubu "Azərreyl"ə 3:2 hesabı ilə qalib gəlib. Tura oktyabrın 23-də "Turan" - "Gənclər" oyunu ilə yekun vurulacaq.