Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna start verilib.
Olimpnews.az xəbər verir ki, "Barselona" komandası İspaniyada Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib. Oyun kataloniyalıların 6:1 hesablı qələbəsi ilə nəticələnib. Fans-Diter Flikin komandasının heyətində Fermin Lopez (7, 39, 76), Lamin Yamal (68 p) və Markus Reşford fərqlənib. Yunanların yeganə qolunun müəllifi isə penaltidən Qoyub Əl Kaabi vurub. "Barselona" klubu qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb. "Olimpiakos" isə bir xalda qalıb.
Çempionlar Liqası: "Barselona" "Olimpiakos"u darmadağın edib
jpeg-1761073290.jpeg)