İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin bir oyunluq cəzasını qüvvədə saxlamağa qərar verib.
Olimpnews.az xəbər verir ki, bununla da "Barselona"nın baş məşqçisi növbəti turda "Real"la oyunu tribunadan izləyəcək.
Xatırdaq ki, oktyabrın 18-də "Barselona" La Liqanın IX turunda "Jirona"nı məğlub edib. Flik 91-ci dəqiqədə iki sarı vərəqə alaraq, meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, "El Klasiko" oktyabrın 26-da, Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.