"Barselona"nın müdafiəçisi Alejandro Balde karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Olimpnews.az "E-Notícies" portalına istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola Balde ilə şəxsən maraqlanır və artıq katalonların idman direktoru Deko ilə mümkün transferi müzakirə edib. 21 yaşlı ispaniyalının "Barselona" ilə müqaviləsi 2028-ci ilə kimi nəzərdə tutulub. Transfermarkt mütəxəssisləri onun dəyərini 60 milyon avro qiymətləndirirlər.
Quardiola Deku ilə müzakirə aparıb
