Yüksək Liqa: Bu gün ikinci tura yekun vurulacaq

Yüksək Liqa: Bu gün ikinci tura yekun vurulacaq

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada ikinci turun son oyunu keçiriləcək.

Olimpnews.az xəbər verir ki, tura "Turan" - "Gənclər" oyunu ilə yekun vurulacaq. Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında keçiriləcək qarşılaşmanın saat fiti saat 17:00-da səslənəcək. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “DH Volley” klubu "Azərreyl"ə 3:2, “Gəncə” isə “Murov Az Terminal”a 3:0 hesabı ilə qalib gəlib.