«O, müqaviləni imzalamağa cürət etmir»

«O, müqaviləni imzalamağa cürət etmir»

Yüngül çəkidə (70 kq) UFC-nin britaniyalı döyüşçüsü Peddi Pimblett növbəti döyüşü haqda danışıb. "Hazırda döyüşməyə davam edirəm.  Oktyabrda Əbu-Dabidə Castin Qetci ilə döyüşəcəyimi düşünürdüm, amma o, yerində sayır. Həqiqətən də İliya Topuriyadan başqa döyüşəcək heç kimi yoxdur. Düşünürəm ki, o, müqaviləni imzalamağa cürət etmir", - Marca nəşri  Pimblettdən sitat gətirib. Qeyd edək ki, UFC-də 2021-ci ildən yarışan 30 yaşlı Pedd Pimblett cəmi yeddi qələbə qazanıb. O, apreldə UFC 314-də keçirdiyi son döyüşdə britaniyalı keçmiş titul rəqibi Maykl Çandleri texniki nokautla məğlub edib