Misli Premyer Liqasında IX tura start verilir 

Misli Premyer Liqasında IX tura start verilir 

Bu gün futbol üzrə Misli Premyer Liqasında IX turun oyunlarına start veriləcək. 

Olimpnews.az xəbər verir ki, günün ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. 

Tura Şamaxıda start veriləcək. "Karvan-Yevlax" klubu "Turan Tovuz"u qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat  14:30-da səslənəcək. Oyunu Elvin Bayramov idarə edəcək. 

Günün ikinci oyunu isə Qəbələ şəhər stadionunda keçiriləcək "Kəpəz" - "İmişli" komandaları arasında olacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşmaya saat 17:00-da start veriləcək.

Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 25-26-da keçiriləcək.