“Gecənin ən yaxşı döyüşü”ndə kim nə qədər qazanıb?

“Gecənin ən yaxşı döyüşü”ndə kim nə qədər qazanıb?

UFC Ultimate Fighting Championship) mətbuat xidməti dünən BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən UFC 321 yarışında iştirakçılara təqdim olunan bonuslar barədə məlumat yayıb.

Olimpnews.az xəbər verir ki, xorvatiyalı Ludovit Klein və polşalı Mateuş Rebeçki arasında keçirilən döyüş “gecənin ən yaxşı döyüşü” hesab olunub. Görüşdə Klein səs çoxluğu ilə qalib gəlib. Onlar döyüşlərinə görə 50 min dollar alıb.