UFC-nin amerikalı ikiqat ağır çəki (120 kq) və yarımağır çəki (93 kq) çempionu ABŞ-lı Con Cons hazırkı yarımağır çəki çempionu Aleks Pereyrayanı (Braziliya) Ağ Evdə döyüşə çağırıb.
Olimpnews.az xəbər verir ki, 0Aleks, ən yüksək səviyyəli bacarığımı Ağ evdə nümayiş etdirmək istərdim. Gəlin orada rəqs edək", - deyə Cons sosial mediada yazıb.
Qeyd edək ki, Pereyra son döyüşündə Maqomed Ankalaevi texniki nokautla məğlub edərək, kəmərini geri qaytarıb. Con Cons 2008-ci ildən 2024-cü ilə qədər peşəkar şəkildə yarışıb. Onun 28 qələbə, bir məğlubiyyət və bir heç-heçəsi var.


