İkiqat Olimpiya çempionu rinqə qayıdır

İkiqat Olimpiya çempionu rinqə qayıdır

Amerikalı boksçu Klaressa Şilds «Wynn Records» və «Salita Promotions»la 8 milyon dollarlıq müqavilə imzalayıb.

Olimpnews.az Associated Press-ə istinadən xəbər verir ki, bununla da ikiqat Olimpiya çempionu 2026-cı ilin əvvəlində rinqə qayıtmağı planlaşdırır.
Məlumat üçün bildirək ki, Şilds son döyüşünü 2025-ci ilin iyul ayında Detroytda Lani Danielsə qarşı keçirib və qələbə  sayəsində ağır çəki titullarını qoruyub.