Ər-Riyad-2025: Daha bir boksçumuz bürünc medalı təmin etdi

Ər-Riyad-2025: Daha bir boksçumuz bürünc medalı təmin etdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir. 

Olimpnews.az xəbər verir ki, bu gün Azrərbaycan komandasının daha bir üzvü 1/4 final görüşnə çıxıb. Çəkisi 60 kq olan idmançıların yarışında mübarizə aparan idmançımız Məhəmmədəli Qasımzadə uqandalı Cimmi Adrikonu 5:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb. Boksçumuz bununla da ən azı bürünc medalı təmin edib.