Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarına bu gün start verilib. Olimpnews.az xəbər verir ki, Azərbaycan millisi də Oyunların ilk günündə komanda yarışlarında mübarizəyə başlayıb. Uqanda millisi ilə qarşılaşan Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komandamız rəqibini 8:2 hesabı ilə məğlub edib. Millimiz növbəti oyununu sabah Pakistan yığmasına qarşı keçirəcək.
Stolüstü tennis üzrə komandamız İslamiadaya qələbə ilə başladı


