Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün yarışların yeddinci gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası 5 idman növündə çıxış edəcək. İdmançılarımız üzgüçülük, stolüstü tennis, cüdo, boks və ağırlıqqaldırma yarışlarında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycanı Oyunlarda 20 idman növündə 169 idmançı təmsil edir.
İdmançılarımızın Bakı vaxtı ilə yarış proqramını təqdim edirik.
Üzgüçülük
Saat: 11:03 - Məryəm Cavadova, 100 m sərbəst, təsnifat
Saat: 11:18 - Abdurrahman Rüstəmov, 100 m sərbəst, təsnifat
Saat: 11:24 - Anastasiya Boborıkina, 200 m brass, təsnifat
Saat: 11:36 - Eqor Maynitski, 200 m brass, təsnifat
Saat: 11:44 - Ramil Vəlizadə, 200 m kəpənək, təsnifat
Saat: 11:52 - Qarışıq estafet (2 oğlan – 2 qız), 4x100 m, təsnifat
Saat: 19:19 - Vlastilina Xasyauova, 100 m arxaüstə, final
Saat: 19:52 - Mehri Əbdurəhmanlı, 200 m kəpənək, final
Stolüstü tennis
Saat: 11:00 - Azərbaycan - Misir, yarımfinal (komanda, qadınlar)
Cüdo (qarışıq komanda yarışı)
Saat: 13:30 - Azərbaycan - Səudiyyə Ərəbistanı, 1/4 final
Boks (final görüşləri)
Saat: 15:00 - Nərgiz Zeynalova (Azərbaycan) – Ayşen Taşkin (Türkiyə), 54 kq, final
Saat: 16:40 - Səidcəmşid Cəfərov (Azərbaycan) – Sultan Osmanlı (Türkiyə), 80 kq, final
Saat: 20:15 - Aynur Mikayılova (Azərbaycan) – Xumorabonu Mamajonova (Özbəkistan), 57 kq, final
Saat: 20:30 - Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Madiyar Daniyarov (Özbəkistan), 60 kq, final
Ağırlıqqaldırma
Saat: 15:30 - Ravin Alməmmədov, 79 kq, qrup yarışı


