Azər Əsgərov dünya çempionatında bürünc medal qazandı
BOK
05.11.2025, 21:20
Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Yarışların üçüncü günündə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, dəfələrlə dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı Azər Əsgərov növbəti dəfə ölkəmizi layiqincə təmsil edib. M6 yaş kateqoriyasında, -100 kq çəki dərəcəsində çıxış edən usta cüdoçumuz 1/16 finalda ispaniyalı Jordi İglesias Mayanı məğlub edərək yarışa inamlı start verib. 1/8 finalda braziliyalı Markos Daudaya uduzan Azər Əsgərov təsəlliverici görüşlərdə əsl peşəkarlıq və döyüş əzmi nümayiş etdirib. O, ardıcıl olaraq rumıniyalı Roman Tansa və Beynəlxalq Cüdo Federasiyasının (IJF) təmsilçisi Aleksandr Mazayevi mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda qarşılaşmaya yüksəlib. Həlledici görüşdə fransalı Tyerri Lefevri üzərində parlaq qələbə qazanan usta cüdoçumuz dünya çempionatının bürünc medalına sahib olub. Azər Əsgərovun bu uğuru onun usta cüdoçular arasında uzun illər ərzində qazandığı nailiyyətlərin davamıdır. Xatırladaq ki, o, 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən usta cüdoçular arasında dünya çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdı. Parisdə əldə etdiyi bu nəticə isə onun veteran cüdo arenasında sabit və davamlı çıxışının növbəti göstəricisidir. Qeyd edək ki, çempionatın əvvəlki günlərində “Judo Club 2012”nin digər təmsilçiləri - Qurban Məmmədli (M2, -100 kq) və Zaur Bağırov (M4, +100 kq) da bürünc medallara sahib olublar. Usta cüdoçular arasında dünya çempionatına noyabrın 7-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
Bugün, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
Bugün, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
Bugün, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
Bugün, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
Bugün, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
Bugün, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
Bugün, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
Bugün, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol