"Yuventus"un baş məşqçisi Luçano Spalletti A Seriyasında rekord göstərib.
Olimpnews.az xəbər verir ki, şənbə günü Turin derbisində "Torino" ilə görüş qolsuz başa çatıb. “Opta”nın məlumatına görə, Turin derbisində qazanılan xal Spallettinin məşqçilik karyerası ərzində İtaliya çempionatında qazandığı 1000-ci xal olub. O, "Qoca Sinyora"nın hazırkı məşqçisi, Covanni Trapattoni, Nereo Rokko, Nils Lidholm və Massimiliano Alleqridən sonra bu mərhələyə çatan beşinci məşqçidir.


