Avropa Atletlərinin VIII Forumu və Assambleyası başa çatıb
Olimpizm xəbərləri
14.11.2025, 14:45
Noyabrın 12-dən 13-nə qədər İngiltərənin paytaxtı Londonda Avropa Atletlərinin VIII Forumu və Assambleyası keçirilib. Olimpnews.az xəbər verir ki, forumun əsas məqsədi 49 Avropa MOK-larının Atletlər Komissiyalarının nümayəndələrini həm canlı, həm də onlayn formada bir araya gətirərək, idmançıların üzləşdiyi çağırışlar və imkanları müzakirə etməyə imkan verməkdən ibarət olub. İdmançılar Komissiyalarının rollarını və onların AOK və BOK tərəfindən Olimpiya Həmrəyliyi vasitəsilə aldıqları dəstəyi izah edən təqdimatlardan sonra, idmançılar gün ərzində bir neçə bölmə sessiyalarında iştirak ediblər. Bu sessiyaların əsas məqsədi yarış manipulyasiyasının qarşısının alınması, Atletlər Komissiyalarının sosial mediadan necə istifadə edə biləcəyi, həmçinin BOK-un “Gələcəyə Hazır” (Fit For The Future) prosesi və Ümumdünya Antidopinq Agentliyinin Atletlər Şurası haqqında müzakirələri əhatə edib. Daha sonra video müraciət vasitəsilə çıxış edən BOK prezidenti Kristi Koventri idmançıların səsinin Olimpiya Hərəkatı daxilində heç vaxt bu qədər güclü olmadığını vurğulayıb. “Son Beynəlxalq Atletlər Forumunda çoxunuzla görüşmək mənim üçün böyük zövq idi. O zaldakı enerji tam şəkildə göstərdi ki, idmançıların səsi heç vaxt indiki qədər güclü olmayıb. Buna görə də bu Forum kimi görüşlər çox vacibdir. Bu məkan sizin üçündür-fikirlərinizi demək, ideyalarınızı bölüşmək və sizin üçün ən vacib məsələlərdə səsinizin eşidilməsini təmin etmək üçündür. Biz birlikdə Olimpiya Hərəkatımız üçün daha güclü gələcək formalaşdıra bilərik”, - deyə BOK prezidenti bildirib. AOK Prezidenti Spiros Kapralos qeyd edib ki, Olimpiya Hərəkatında keçmiş idmançıların təmsilçiliyi, o cümlədən AOK İcraiyyə Komitəsində əhəmiyyətli dərəcədə artıb və bu çox böyük rol oynayır. “Mənim Olimpiyaçı olduğum dövrlə müqayisədə bu gün idmançılar Olimpiya Hərəkatının mərkəzindədir. Etdiyimiz hər şeydə idmançıları düşünürük”, - deyə AOK prezidenti bildirib. Hesabatlar, komissiya və namizədlər haqında məlumat verildikdən sonra Avropa Olimpiya Komitələrinin Atletlər Komissiyasına yay və qış idman növlərindən namizədlər seçilib. Assambleyada ölkəmizi Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü, yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov təmsil edib. O, Avropadan komissiya üzvlüyünə 18 namizəd arasında yer alıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK