Noyabrın 13-14-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçirilib.
Olimpnews.az xəbər verir ki, iki gün davam edən turnirdə 29 klub və idman cəmiyyətindən 14 çəki dərəcəsində 153 cüdoçu mübarizə aparıb.
Yarışda "Judo Club 2012"nin idmançıları da qüvvələrini sınayıblar.
Klubun idmançıları turniri 5 (2 gümüş, 3 bürünc) medalla başa vurublar. Gümüş medalları klubun aktivinə Musaxan Gülməmmədov (-73 kq) və Qurban Məmmədli (+100) yazdırıb. Süleyman Əliyev (-81 kq), Fərid İsmayılov (-100 kq) və Leyla Əliyeva (-52 kq) isə bürünc medallara sahib olublar.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdən ibarət olub.
Bakı şəhər çempionatında 5 medal


