Olimpiya çempionu dopinqdən istifadə edirmiş

Olimpiya çempionu dopinqdən istifadə edirmiş

Beynəlxalq Dopinq Testi Agentliyinin (ITA) məlumatına görə, ağır çəki dərəcələrində yarışan 26 yaşlı özbəkistanlı boksçu Lazizbek Mullajonov üç il müddətinə yarışlardan uzaqlaşdırılıb.

Olimpnews.az xəbər verir ki, L.Mullajonovun bu il iyunun 11-də götürülmüş test nümunəsində sintetik anabolik steroid olan metasteron aşkarlanıb. Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medalına yiyələnən Mullajonov bu barədə sübutları qəbul edib. Məlumat üçün bildirək ki, metasteron əzələ kütləsini və gücünü artıran sintetik anabolik steroiddir.

Qeyd edək ki, Lazizbek Mullajonov Paris-2024 Yay Olimpiya Oyunlarının finalında boksçumuz Alfonso Dominqesə qalib gəlib.