Xəbər verdiyimiz kimi İspaniyanın Madrid şəhəri Formula 1 üzrə növbəti il üçün yarışlara ev sahibliyi edəcək trekin hazırlığını davam etdirir. Yerli mənbələrdə yayılan xəbərə əsasən "Liberty Media" trek hazırlığında problemlərlə bağlı trekin dəyişməsi barədə məlumatları təkzib ediblər.
"İşlər tamamilə cədvələ uyğun gedi. Heç bir dəyişiklikdən söhbət gedə bilməz", - deyə "SoyMotor" yarış təşkilatçılarının nümayəndəsindən sitat gətirib.
Məlumata görə, işlər gələn ilin mayın başa çatacağı bildirilir. «Madrinq» trasında keçiriləcək Madrid Qran-Prisinin sentyabrın 13-də keçirilməsi planlaşdırılıb. Bununla da təqvimdə ikinci İspaniya yarışı yer alacaq.


