Yuta-2034 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarış üçün müvəqqəti loqotipin təqdimat mərasimini keçirib.
Olimpnews.az xəbər verir ki, bu loqotip 2029-cu ilə qədər qüvvədə olacaq.
"2034 Olimpiadası dünyanı birləşdirəcək və ştatımız da birləşdirəcək. Diqqət yalnız buraya gələn 100 ölkəyə deyil, həm də ştatın 29 qraflığına yönəlib. Bunlar bizim Olimpiadamızdır", - deyə Yuta qubernatoru Spenser Koks "Oyunların içində" verilişində bildirib.
Məlumat üçün bildirək ki, 2034-cü il Qış Olimpiya Oyunları 10-26 fevral tarixlərində Solt Leyk Siti, Park Siti, Veber, Soldier Hollou və Sammitdə keçiriləcək.


