Yeddiqat Formula 1 çempionu Luis Hemilton "Formula 1" filmini çəkərkən baş qəhrəman Sonni Heysin (Bred Pitt) böyük yarışda qəza törədib.
Olimpnews.az xəbər veriri ki, pilot qəza səhnəsindən danışıb. "Orijinal ssenaridə Bredin qəhrəmanı qəzaya Monakoda, son döngədə düşməli idi. Həmin vaxt avtomobil alovlanacaqdı. Amma bu, trasın çox yavaş hissəsidir və belə bir qəza orada baş verə bilməzdi. Mən dedim ki, illər əvvəl Martin Donnelli ilə inanılmaz bir qəza keçirib və trasda uzanmışdı. Biz bu görüntüdən istifadə etməliyik. Mən Martinlə əlaqə saxladım və həmin qəzanın görüntülərindən istifadə edə biləcəyimi soruşdum. O, bundan şərəf duyduğunu bildirdi", - deyə "Vanity Fair" filmin prodüsseri olan "Ferrari" pilotu Hemiltondan sitat gətirib.


