DÇ-2026: Debütantlar öz güclü rəqibləri gözləyirlər

DÇ-2026: Debütantlar öz güclü rəqibləri gözləyirlər

Bu gün futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Vaşinqtondakı Con Kennedi adına İfa Sənətləri Mərkəzində təşkil olunan mərasimdə ilk dəfə 48 komandanın iştirak edəcəyi turnirin qrupları müəyyənləşəcək.
Məlumat üçün bildirək ki, budəfəki mundialda 48 komanda yarışacaq. Əvvəllər, yəni 1998-ci ildən 2022-ci ilə qədər 32 komanda finalda mübarizə aparıb. Maraqlıdır ki, artıq dörd komanda DÇ-2026 debüt edəcək. Özbəkistan, İordaniya, Kabo-Verde və Kurasao milliəri güclü rəqiblərinə qarşı mübarizədə öz bacarığını nümayiş etdirəcək.