Yüksək Liqa: "Turan"dan inamlı qələbə

Yüksək Liqa: "Turan"dan inamlı qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilir.

Olimpnews.az xəbər verir ki, günün ilk oyununda “Turan” klubu “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb. Tovuz Olimpiya İdman Kompleksində keçirilən oyun "Turan"ın 3:0 (25:11, 25:20, 28:26) hesablı qələbəsi ilə başa çatıb. 

Bu gün həmçinin, qadınlar arasında Yüksək Lİqada "Gənclər" - UNEC oyunu da keçiriləcək.