Yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin keçmiş meneceri Villi Veber evini soyublar.
Olimpnews.az Bild nəşrinə istinadən xəbər verir ki, oğrular 83 yaşlı menecerin əl-qolunu bağlayaraq, villanı qarət ediblər. Soyğunçular Veberin üzünə yumruq vuraraq onu taqətdən salıblar. Polis bu bərədə axtarış elan edib.


