Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Süleyem Özbəkistanda xarici vətəndaşlar üçün ən yüksək dövlət mükafatlarından biri olan "Dostluq" ordeni ilə təltif olunub.
Olimpnews.az xəbər verir ki, Ordeni Daşkənddə keçirilən görüşdə prezident Şavkat Mirziyoyev ona təqdim edib. Mükafat Özbəkistan və FİA arasında əməkdaşlığın inkişafına və əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə verilib.


