Almaniyanın məşhur avtomobil istehsalçısı olan “Mercedes-Benz” gələn ildən etibarən tennis üzrə WTA-nın rəsmi baş tərəfdaşı olacaq.
Olimpnews.az xəbər verir ki, saziş Ştutqartdakı “Mercedes-Benz” muzeyində imzalanıb.
Mərasimdə 39 dəfə "Böyük Dəbilqə" qalibi və əfsanəvi amerikalı tennisçi Billi Cin Kinq, keçmiş almaniyalı tennisçi Andrea Petkoviç, WTA Ventures şirkətinin rəhbəri Marina Storti və brend səfirləri Kori Qauff və Roje Federer iştirak ediblər.


