"Mercedes" mühərrik istahsalını azaldıb  

"Mercedes" mühərrik istahsalını azaldıb  

"Mercedes"in baş direktoru Toto Volff şirkətin mühərriklə təchiz etdiyi müştərilərin sayını azaltmaq planlarını açıqlayıb. "Hazırda komandaların sayını azaldacağıq. Komandaların optimal sayı, ehtimal ki, iki və ya üç olacaq. Bu, gələcək üçün də qüvvəyə minəcək yeni qaydalardan asılıdır", - deyə "RaceFans Wolf"dan sitat gətirib.

Şirkətdən verilən məlumata görə "Mercedes" gələn il bütün komandaları üçün 16 güc aqreqatı istehsal etməli olacaq.