"Audi" şirkəti növbəti mövsüm üçün Formula 1 komandasının adını rəsmi olaraq dəyişəcək.
Olimpnews.az xəbər verir ki, komanda bundan sonra "Audi Revolut F1 Team" adı altında yarışacaq. Adla yanaşı, komandanın rəsmi loqosu da dəyişib.
Xatırladaq ki, komanda buna qədər çempionatda "Kick-Sauber" adı altında yarışırdı. Komandanın 2026-cı il mövsümündə pilotları almaniyalı Niko Hülkenberq və braziliyalı Qabriel Bortoleto olacaq.
Formula 1 komandası adını və loqosunu dəyişdi


