Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar Elm Xadimi", “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli " Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuş, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim, professor Ağacan Abiyevin şərəfinə həsr olunmuş I boks turnirinə dekabrın 19-da yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Bakı Boks Mərkəzində 2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən turnirin son günündə 17 çəki dərəcəsi üzrə qaliblərin adlarına aydınlıq gəlib.
Final döyüşlərinin nəticələrinə əsasən Zeynalabdin İbrahimov (38 kq), Rəvan Bəkirov (40 kq), Rusif Nəsirli (42 kq), Mətin Məmmədov (44 kq), Hüseyn Xəlilzadə (46 kq), Rəvan Rəcəbli (48 kq), Sənan Nəsirli (50 kq), Süleyman Zeynalov (52 kq), Yusif Əli (54 kq), Əli Əliyev (57 kq), Sunay Azimov (60 kq), Sərxan Haqverdiyev (66 kq), Ənvər İbrahimli (70 kq), Həsən Lütfəliyev (75 kq), Teymur Tanrıverdiyev (80 kq), İbrahim Tarverdiyev (90 kq) və Rafael Mirsəquliyev (+90 kq) qızıl medallara layiq görülüb. Turnirdə fərqlənən idmançılara diplom, medal və mükafatlar verilib
Qeyd edək ki, dörd gün davam edən turnirdə Bakının "Qızıl əlcək", "Dinamo", "Təhsil", "Neftçi" , AHTİA, MOİK komandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxın boksçu qüvvəsini sınayıb.
Ağacan Abiyevin şərəfinə keçirilən boks turnirinə yekun vurulub


